Ruzanna Məmmədova dünya ikincisi oldu

22 Avqust 2025 04:20 Güləş 472
Ruzanna Məmmədova dünya ikincisi oldu

Bolqarıstanın Samokov şəhərində U-20 dünya çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, yarışın beşinci günündə növbəti medal qazanılıb.

Belə ki, Ruzanna Məmmədova (62 kiloqram) finalda çinli Yanqjen Yanqjenlə qarşılaşıb.

İlk hissəni hücum üslubundan keçirən həmyerlimiz 6:0 hesablı üstünlük əldə edib. Ancaq fasilədən sonra rəqib geridönüş etməyi bacarıb.

Yekunda sonuncu xal prinsipinə əsasən (6:6) məğlub olan Məmmədova gümüş medalı qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti