Dünya çempionatında iştirak edən Hacıyev karyerasını başa vurdu

04:50 Güləş 73
Dünya çempionatında iştirak edən Hacıyev karyerasını başa vurdu

Yunanıstanın paytaxtı Afinada keçirilən U-17 dünya çempionatında iştirak edən azərbaycanlı hakim Natiq Hacıyev karyerasını başa vurub.

Sportinfo.az xəbər verir ki, bu, təcrübəli referinin son beynəlxalq yarışı kimi əlamətdar olub.

Dünya Güləş Birliyinin (UWW) qaydalarına uyğun olaraq, 60 yaşa çatan həmyerlimiz fitini və qolçaqlarını rəsmi şəkildə təhvil verərək, beynəlxalq hakimlik fəaliyyəti ilə vidalaşıb.

Ali qurum yarışın son günündə bu münasibətlə referiyə xatirə hədiyyəsi təqdim edib.

N.Hacıyevlə yanaşı, Elman İsmayilov da mundialda ədaləti qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
4 Avqust 17:30 Çək və bizə göndər!
4 Avqust 04:30 Cadu məktəbi