Bizim Ruzanna ardıcıl ikinci dəfə Avropa çempionu oldu

5 İyul 03:50 Güləş 188
Bizim Ruzanna ardıcıl ikinci dəfə Avropa çempionu oldu

İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.

Ruzanna Məmmədova (62 kiloqram) finalda almaniyalı Leoni Steyqertlə qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən görüşdə 4:3 hesablı qələbə qazanan Ruzanna ardıcıl ikinci dəfə gənclər arasında Avropa çempionu olub.

Zəhra Kərimzadə (72 kiloqram) təsəlliverici görüşdə xorvatiyalı Veronika Vilkə 2:8 hesabı ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
14 İyul 18:10 Çək və bizə göndər!