"Qızıl medallar qazanmaqda davam edəcəm"- Azərbaycanın Avropa çempionu

03:00 Güləş 74
"Qızıl medallar qazanmaqda davam edəcəm"- Azərbaycanın Avropa çempionu

"Qızıl medallar qazanmaqda davam edəcəyəm".

Sportinfo.az xəbər verir ki, bunu İtaliyanın Kaorle şəhərində keçirilən U-15 qitə birinciliyində çempion olan Azərbaycanın sərbəst güləş millisinin üzvü Hüseyn Rzazadə (41 kq) jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, yarışa xüsusi hazırlaşıb:

“İlk öncə fiziki hazırlığa hesablanan təlim-məşq toplanışında iştirak etdik. On gün Xaçmaz şəhərində hazırlıq keçdik.

Sonra Mərdəkanda bir neçə günlük toplanış oldu. Mən uzun müddətdir intensiv məşqlər edirəm.

Avropa çempionatına xüsusi hazırlaşmışdım. Avropa çempionatında qələbə mənim üçün çox vacib idi.

Toplanışlardan sonra İtaliyanın Kaorle şəhərində keçirilən U-15 Avropa çempionatında iştirak etdik”.

Digər Xəbərlər
Xəbər Lenti
28 İyun 18:10 Çək və bizə göndər!