Azərbaycanlı erməni rəqibini məğlub etdi, Avropa çempionu oldu

00:15 Güləş 102
Azərbaycanlı erməni rəqibini məğlub etdi, Avropa çempionu oldu

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən güləş üzrə U17 Avropa çempionatı sona yaxınlaşır.

Sportinfo.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə 5 çəkidə qaliblər müəyyənləşib.

Rəvan Həsənzadə (48 kq) finalda ermənistanlı Artak Ağabekyanla qarşılaşıb. Rəqibinə 4:0 hesabıyla qalib gələn Rəvan Avropa çempionu olub.

Ruslan Əlizadə (55 kq) həlledici görüşdə rusiyalı Maxaç Abdullayevlə güləşib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada minimalhesablı (3:2) qələbə qazanan Ruslan fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Tunar Nəsibov (65 kq) təsəlliverici görüşdə gürcüstanlı Saba Tkemaladzeni “tuş”la üstələyib. Ancaq bürünc medal uğrunda qarşılaşmada türkiyəli İsmayıl Mertkolluya 2:4 hesabıyla məğlub olub.

Hakim Tağıyev (110 kq) bürünc medal uğrunda qarşılaşmada Qyoerqi Juhasdan güclü olub – 2:0.

Beləliklə, Azərbaycan millisi yarışın bitməsinə bir gün qalmış 2 qızıl və 1 bürünc medal qazanmaqla çempionluq yolunda inamlı addım atıb.

Digər Xəbərlər
Xəbər Lenti