“Bu məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışacam”

14 May 2025 03:30 Güləş 885
“Bu məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışacam”

“Bu, mənim üçün xüsusi və qürurverici bir gündür”.

Sportinfo.az xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rafiq Hüseynov sosial şəbəkə hesabında yazıb.

O, Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının üzvü seçilməsinə münasibət bildirib:

“Rəsmi olaraq Atletlər Komissiyasına üzv seçildim. Bu məsuliyyətli və eyni zamanda şərəfli vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışacağam.

İdmançıların səsini çatdırmaq, onların hüquqlarını qorumaq və daha sağlam idman mühitinin qurulmasına töhfə vermək üçün əlimdən gələni edəcəyəm. Etimad göstərən hər kəsə təşəkkür edirəm”.

2025-2028-ci illər dövrü üçün Rüstəm Orucov (cüdo) komissiyanın sədri, Fəridə Əzizova (taekvondo) sədr müavini, Leyla Əliyeva (cüdo), İradə Aşumova (atıcılıq), Hacı Əliyev (güləş), Nazim Babayev (atletika), Rafiq Hüseynov (güləş), Fatimə Alkərəmova (üzgüçülük), Rəsul Çunayev (güləş) komissiyanın üzvləri kimi fəaliyyət göstərəcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar
15 Sentyabr 02:50 “Kəpəz”i Arzu xilas etdi