“Neftçi”nin rəhbəri “qızıl oğlanlar”la görüşdü

22 Aprel 2025 16:20 Güləş 1 418
“Neftçi”nin rəhbəri “qızıl oğlanlar”la görüşdü

Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən güləş üzrə Avropa çempionatı başa çatıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan komandası çempionatı 13 medalla başa vurub ki, bunlardan 10-u “Neftçi” İdman Klubunun təmsilçilərinin payına düşür.

Bundan əlavə, yunan-Roma və qadın güləşi üzrə qazanılan medalların hamısı “Neftçi” İdman Klubunun idmançılarının aktivindədir.

Milli üzvləri Bakıya qayıdan kimi “Neftçi” İK-nın rəhbəri Sadıq Sadıqov onları qəbul edib.

Sadıqov ölkəyə “qızıl” gətirən Həsrət Cəfərov, Qurban Qurbanov və Nihat Məmmədlini qazanılan uğur münasibəti ilə təbrik edərək, onlarla fəxr etdiyini deyib, növbəti yarışlarda uğurların davamının gəlməsini arzulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar
15 Sentyabr 02:50 “Kəpəz”i Arzu xilas etdi