Jalədən bürünc medal - Avropa çempionatında qazandı

12 Aprel 2025 01:30 Güləş 796
Jalədən bürünc medal - Avropa çempionatında qazandı

Azərbaycan güləşçisi Jalə Əliyeva (57 kq) Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki, o, üçüncü yer uğrunda görüşdə Cenna Hemyae (Finlandiya) ilə üz-üzə gəlib.

Əzmkar qələbə qazanan Əliyeva bürünc mükafata sahib çıxıb.

Daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc mükafata sahib çıxıblar. Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olubsa,

Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medala sahib çıxıblar.

Azərbaycanın sərbəst güləş millisi komanda hesabında Avropa çempionu olub. Qitə birinciliyi aprelin 13-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar
15 Sentyabr 02:50 “Kəpəz”i Arzu xilas etdi