Azərbaycandan 3 nəfər... Qurban Qurbanov 4-cü pilləni tutur

29 Mart 2025 03:40 Güləş 1 255
Azərbaycandan 3 nəfər... Qurban Qurbanov 4-cü pilləni tutur

Dünya Güləş Birliyi (UWW) güləşçilərin yeni reytinq cədvəlini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın 3 güləşçisi öz çəkisində lider mövqeyində qərarlaşıb.

Yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) birinci pillədə qərarlaşıblar.

Hər 3 idmançımız qeyri-olimpiya çəkiləri üzrə son dünya çempionatının qalibi olub. Olimpiya mükafatçısı Həsrət Cəfərov (67 kq) 3-cü, Qurban Qurbanov (82 kq) isə 4-cü pilləni tutur.

Sərbəst güləşilərdən ən yaxşı nəticəyə Maqomedxan Maqomedov (97 kq) imza atıb. Paris-2024 Olimpiadasının bürünc medalçısı 4-cüdür.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar
15 Sentyabr 02:50 “Kəpəz”i Arzu xilas etdi