"Mənim üçün nəyin daha yaxşı olacağını düşünmək üçün... Qərarımı tezliklə açıqlayacam”

31 Yanvar 08:30 Güləş 742
"Mənim üçün nəyin daha yaxşı olacağını düşünmək üçün... Qərarımı tezliklə açıqlayacam”

"Mənim üçün nəyin daha yaxşı olacağını düşünmək üçün fasilə vermişdim".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) şəxsi instaqram hesabında yazıb.

Titullu idmançı karyerasını davam etdirə biləcəyinə işarə verib:

"2024-cü ildə Parisdəki Yay Olimpiya Oyunlarından sonra bir çox insanlar məndən soruşdular.

İdman karyeranın sonudur, yoxsa davam edəcəksən? Qərarımı tezliklə sizə açıqlayacağam".

M.Stadnik Paris-2024-ü medalsız başa vurub. İkiqat dünya və onqat Avropa çempionu əvvəlki dörd olimpiadada iki gümüş və iki bürünc mükafat əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Dekabr 18:50 Çək və bizə göndər!
15 Dekabr 08:30 Zamiq oynadı, uddular
15 Dekabr 02:30 Ay Can, ay Can...