“Məqsədim çempion olmaq idi, amma qismət olmadı”

14 Aprel 2025 03:30 Güləş 1 033
“Məqsədim çempion olmaq idi, amma qismət olmadı”

"Avropa çempionatında məqsədim çempion olmaq idi".

Sportinfo.az xəbər verir ki, bunu Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bürünc medal qazanan Jalə Əliyeva deyib.

O, zədə səbəbindən çempionluq yarışından kənarda qaldığını söyləyib:

“Yarışa yaxşı hazırlaşmışdım. Məqsədim çempion olmaq idi.

Amma zədələndiyim üçün qismət olmadı. Qabırğamdan ağır zədə aldığım üçün davam edə bilmədim və hakim məni kənarlaşdırdı.

Buna baxmayaraq üçüncü yer uğrunda bacardığımı etdim. Qarşıdakı hədəflərin Avropa, dünya çempionatlarında və olimpiadada medal qazanmaqdır.

Bunun üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam”.

57 kq dərəcəsində mübarizə aparan Jalə Əliyeva Avropa çempionatında üçüncü yer uğrunda görüşdə Cenna Hemyaeni (Finlandiya) məğlub edərək adını medal qazananlar sırasına yazdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar
15 Sentyabr 02:50 “Kəpəz”i Arzu xilas etdi