İki azərbaycanlı erməniyə "dağ çəkdi", Avropa çempionu oldu - FOTO

27 İyun 2024 02:50 Güləş 1 039
İki azərbaycanlı erməniyə "dağ çəkdi", Avropa çempionu oldu - FOTO

Azərbaycanın iki güləşçisi Serbiyanın Novi Sad şəhərində keçirilən U-17 Avropa çempionatında qızıl medal qazanıb.

Sportinfo.az xəbər verir ki, onların hər ikisi finalda erməni rəqiblərinə qalib gəlib.

Həlledici görüşlərdə Turan Daşdəmirov (51 kiloqram) Yurik Mxitaryana tam üstünlüklə (8:0), Ayxan Cavadov (60 kiloqram) isə Aleks Marqaryanı 9:4 hesabı ilə məğlub edərək qitə çempionu olublar. Bu, T.Daşdəmirovun 2-ci Avropa çempionluğudur.

Nicat İsgəndərli (45 kiloqram) və Yusif Əhmədli isə finalda uduzaraq, gümüş medalla kifayətləniblər.

Ötən gün Azərbaycan təmsilçilərindən Əmrah Əmrahov gümüş, Əli Nəzərov (55 kiloqram), Orxan Hacıyev (80 kiloqram) və Mikayıl İsmayılov (110 kiloqram) isə bürünc medala sahib çıxıblar.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar
15 Sentyabr 02:50 “Kəpəz”i Arzu xilas etdi