Federasiyanın aktyordan tələbi: "O səhnəni çıxart, yoxsa…"

20 Yanvar 2017 17:24 Güləş 974
Federasiyanın aktyordan tələbi: "O səhnəni çıxart, yoxsa…"

Türkiyə Güləş Federasiyası "Recep İvedik 5" filminin reklam çarxındakı bəzi epizodlara görə bəyanat yayıb. Sportinfo.az-ın məlumatına görə, qurum güləşi gülüş obyektinə çevirdikləri üçün filmi ərsəyə gətirənləri şiddətlə qınadığını bildirib. Bəyanatda filmdə güləşin əxlaqdan uzaq idman növü kimi nümayiş etdirildiyi, şərəf və hörmətin alçaldığı qeyd olunub.

Bu cür addımın güləşi ictimaiyyətin gözündən saldığı yazılıb. Federasiya güləşlə bağlı epizodun idman qaydalarına uyğun nümayiş etdirilməsini və ya həmin hissənin filmdən çıxarılmasını tələb edir, əks təqdirdə hüququ yollara baş vurulacağını bildirib. Qalmaqala səbəb olan "Recep İvedik 5" filmində azərbaycanlı boksçu obrazı da söz-söhbətə səbəb olmuşdu. Bundan sonra müəlliflər həmin boks epiozdunu filmdən çıxardıqlarını açıqlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti