"Qəbələ"dən Azərbaycan çempionatında 3 medal

15 Yanvar 2017 09:39 Güləş 718
"Qəbələ"dən Azərbaycan çempionatında 3 medal

rSərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatına yekun vurulub. Sportinfo.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarışda “Qəbələ” İdman Klubunun güləşçiləri də mübarizə aparıblar. İdmançılarımız yarışı 3 medalla başa vurublar.

Sərbəst güləşçilərin mübarizəsində Pərviz İbrahimov və Pərviz Axundov fərqləniblər. 57 kq çəki dərəcəsində çıxış edən İbrahimov bürünc medala yiyələnib. 97 kq çəkidə qüvvəsini sınayan Axundov isə yalnız finalda uduzaraq 2-ci yeri tutub. Yunan-Roma güləşində çıxış edən Ruhin Mikayılov da fəxri kürsüdə yer alıb. O, 71 kq çəki dərəcəsində üçüncü olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti