“Belimdə yırtıq var, gəzə bilmirəm” - Dünya çempionu olan millimizin üzvü

13 Noyabr 2021 22:40 Güləş 408
“Belimdə yırtıq var, gəzə bilmirəm” - Dünya çempionu olan millimizin üzvü

"Hələ də özümdə ağrı hiss edirəm. Dünya çempionatı olan 3-4 gün ərzində temperaturum qalxmışdı.

İndi temperaturum yoxdur. Bundan sonra iki dəfə koronavirus testi verdim. Hər ikisi neqativ çıxdı”.

Sportinfo.az xəbər verir ki, bunu oxu.az-a sərbəst güləş üzrə millimizin üzvü Əbubəkr Abakarov deyib.

Bu ay Serbiyanın paytaxtı Belqradda keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatında çeçen əsilli idmançı da yarışmalı olsa da, o, səhhətinə görə mübarizə apara bilməyib. Abakarov bildirib ki, hazırda da özünü yaxşı hiss etmir:

“Bu soyuqdəymə belimə, onurğa sütunuma təsir edib. Ona görə də çölə çıxıb gəzə bilmirəm, ancaq yataq rejimində uzana bilirəm.

Srağagün MRT etmişəm, deyiblər ki, belimdə yırtıq var. O da iltihaba səbəb olub. Ona görə də müalicə alıram”.

22 yaşlı yeniyetmələr arasında dünya, gənclər üzrə Avropa çempionu olan Əbubəkr Abakarov U-23-lərin dünya çempionatında yarışsaydı, medal qazanacağından əminliyini bildirib:

“Düşünürəm ki, səhhətimdə problem yaranmasaydı, dünya çempionu ola biləcəkdim. Çünki bir ay əvvəl böyüklərdə dünya üçüncüsü olmuşdum.

İndi U-23-lərdə dünya çempionu olan Məhəmməd Əliyevi o yarışın 1/8 finalında birinci dövrədə 13:2 udub, vaxtından əvvəl qalib elan olunmuşdum.

Yeri gəlmişkən, Məhəmmədi təbrik edirəm. Bilirəm ki, o, Ukraynanı təmsil etsə də, milliyyətcə azərbaycanlıdır”.

Digər Xəbərlər
Xəbər Lenti