Azərbaycanın qadın güləşçiləri medaldız qaldı - Avropa çempionatında

13 İyun 2025 01:40 Güləş 2 593
Azərbaycanın qadın güləşçiləri medaldız qaldı - Avropa çempionatında

Azərbaycan güləşçiləri Şimali Makedoniyanın paytaxtı Skopyedə təşkil olunan U-17 Avropa çempionatında çıxışını başa vurub.

Sportinfo.az Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, dördüncü yarış günündə qadın güləşi üzrə mübarizə baş tutub.

Nəzrin Əhmədli (46 kq) ilk mərhələdə yunanıstanlı Mariya Qkikanı çətinliklə də olsa, mübarizədən kənarlaşdırıb – 10:9. Ancaq həmyerlimiz 1/4 finalda rusiyalı İrina Tsıdeyeva ilə bacarmayıb – 0:10.

Fatimə Bayramova (53 kq) təsnifat mərhələsində polşalı Culiya Qibalskaya 2:6 hesabıyla məğlub olub.

Esra Məmmədli (61 kq) rumuniyalı Oana Dumitruya 8:2 hesabıyla qalib gəlsə də, 1/8 finalda belaruslu Varvara Aliseyenka ilə gərgin mübarizədən məyus ayrılıb – 3:4.

Fidan Babayeva (65 kq) ilk təsəlliverici görüşdə italiyalı Culiya Karrini 4:0 hesabıyla üstələsə də, belaruslu Anastasiya Komanavaya 0:3 hesabıyla uduzub.

Milana Bağırzadə (69 kq) isə 1/8 finalda gürcüstanlı Anna Qodelaşviliyə minimal fərqlə (2:3) məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar
15 Sentyabr 02:50 “Kəpəz”i Arzu xilas etdi