"Əlbəttə, Azərbaycana medal qazandırdığım üçün..."

6 Oktyabr 2021 17:20 Güləş 443
"Əlbəttə, Azərbaycana medal qazandırdığım üçün..."

"2018-ci ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş mundialda 74 kq-da debüt etmişdim.

Həmin yarışda medal qazana bilməsəm də, bu dəfə 86 kq-da fəxri kürsüyə qalxdım. Əlbəttə, Azərbaycana bürünc medal qazandırdığım üçün şadam".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında fəxri kürsünün üçüncü pilləsinə yüksələn Azərbaycanın sərbəst güləşçisi Abubakr Abakarov federasiyanın rəsmi saytına açıqlamasında deyib.

86 kq çəki dərəcəsində mübarizə aparan idmançı bildirib ki, millinin heyətində böyüklərin dünya çempionatında daha öncə iştirak etmiş güləşçi yalnız özü olub:

"Heyətimiz əsasən perspektivli gənc güləşçilərdən qurulub. Medalsız qalan güləşçilər ruhdan düşməməlidir. Ümid edirəm ki, növbəti dünya çempionatında medal qazanarlar.

Yarımfinalda Deyvid Teylora (ABŞ) uduzdum. Onunla heç vaxt qarşılaşmamışdım. Teylor olimpiya çempionu və bu çəkinin liderlərindən biridir. Onunla güləşmək mənim üçün böyük təcrübə oldu. Çalışacağam ki, növbəti mundialda bürünc medalı qızılla əvəzləyim".

Abakarov yarışadək bir neçə təlim-məşq toplanışı keçdiklərini xatırladıb: "Bunun üçün bizə bütün şəraiti yaradan federasiyaya və məşqçilər korpusuna minnətdarlığımı bildirirəm.

Azarkeşlərimizə də təşəkkür edirəm. Əsas hədəf sözsüz ki, Paris-2024 Yay Olimpiya Oyunlarıdır. Gənclərdən qurulmuş heyətimizlə olimpiadaya 100 faiz hazır olmalıyıq”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu