Bayramov dünya çempionatında medalsız qaldı

6 Oktyabr 2021 00:00 Güləş 714
Bayramov dünya çempionatında medalsız qaldı

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı gürcüstanlı Zurabi Yakobişvili ilə üz-üzə gəlib.

Qarşılaşmadan 3:4 hesabı ilə məğlub ayrılan Bayramov yarışı medalsız başa vurub.

Daha əvvəl Azərbaycanın iki sərbəst güləşçisi - Osman Nurməhəmmədov (92 kq) və Abubakr Abakarov (86 kq) bürünc medala yiyələnib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar