İlkin razılıq əldə edilsə də, detallar razılaşdırılmayıb

23 Fevral 2020 11:20 Futzal 1 056
İlkin razılıq əldə edilsə də, detallar razılaşdırılmayıb

Futzal üzrə Azərbaycan millisi İranla yoxlama oyunu keçirəcək.

Sportinfo.az xəbər verir ki, bunu Asiya təmsilçisinin baş məşqçisi Mohammad Nazemoşariya açıqlayıb.

O bildirib ki, yetirmələri Asiya çempionatına hazırlıq çərçivəsində millimizlə qarşılaşacaq. Mütəxəssis matçın dəqiq tarixini acılamayıb. Bu da onunla izah oluna bilər ki, görüşlə bağlı ilkin razılıq əldə edilsə də, detallar razılaşdırılmayıb.

Fevralın 26-da Türkmənistanda start götürməli olan çempionat Çində yayılan koronavirus üzündən qeyri-müəyyən vaxta təxirə salınıb. Yarışın nə zaman təşkil olunacağı dəqiqləşməsə də, İran millisi hazırlıq planına uyğun yoxlama oyununu keçirməkdə maraqlıdır.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu