Sentyabrın 8-də Yüksək, I və II liqaların 2018/2019-cu il mövsümünün püşkatma mərasimi keçiriləcək.
Artıq çempionatda iştirakçı komandaların adları bəllidi: “Araz”, EKOL, “Neftçi” İK, “Yasamal” FK, “Xəzər Cənub”, “Liman”, “Yasamal” İdman -Sağlamlıq Kompleksi;
Ötən mövsüm Yüksək Liqada mübarizə aparmış, gümüş mükafatçı və ölkə kubokunun qalibi “Marafon”, eləcə də, “İtaldizayn” dağılıb.
“Marafon” millət vəkili Mirzəcan Xəlilovun oğlu Vüsal Xəlilova, “İtaldizayn” isə Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalova məxsus idi. Hər iki iştirakçı maliyyə çatışmazlığına görə ortalıqdan yox olub.
Əslində, «Marafon» ötən mövsümü də başa vurmalı deyildi. Deputatın oğlu hələ bu ilin yanvarında futzala maddi dəstəyini kəsib.
Ondan sonra kollektivi 6 ay Elşad Quliyev yaşadıb. Əmisi yüksək dövlət vəzifəsində çalışan Quliyev adına xələl gəlməməsi üçün baş məşqçisi olduğu kollektivi öz cibindən saxlayıb.
Yüksək Liqada hələlik 7 komandanın iştirakı təsdiqlənib. Daha bir klubun sentyabrın 7-dək iştirakla bağlı müraciəti müsbət dəyərləndirilə bilər. Federasiya prezidenti Zaur Axundov bir neçə şirkətə müraciət etsə də, hələlik ona müsbət cavab verən yoxdu.

