Sentyabrın 8-də, saat 12:00-da Bakı İdman Sarayının Mətbuat Konfransı otağında futsal üzrə Yüksək, Birinci və İkinci liqaların 2018/19-cu il mövsümünün püşkatma mərasimi keçiriləcək.
Yüksək Liqada 7 - «Araz», EKOL, «Neftçi» İK, «Yasamal» FK, «Xəzər Cənub», «Liman»və Yasamal İdman-Sağlamlıq Kompleksi mübarizə aparacaq.
Sportinfo.az dünən xəbər tirajlamışdı ki, bu klublardan 3-ü - «Yasamal»FK, «Xəzər Cənub» və «Liman» iranlı menecerlər tərəfindən maliyyələşir.
Belə ki, onlar ölkələrindən Azərbaycana gətirdikləri oyunçulardan aldıqları pulla komandaların çempionatda iştirakını təmin edirlər.
Həmin futzalçıların bunda məqsədi nədi? Azərbaycan Futzal Federasiyası Arazın o tayından gələnləri burda legioner kimi qeydiyyata alacaq, həmin sənəd də İranda həqiqi hərbi xidmətdən azad olunmalarını təmin edir.
İranda futbolçulara aid qayda belədi: karyerasını 1 il ölkədən kənarda davam etdirənlər əsgərlikdən azaddı
«Yasamal» bununla bağlı bəynat yayıb: «Mətbuatda İran İslam Respublikasından olan futzalçılarımız ilə bağlı yayılan "gətirdikləri oyunçulardan aldıqları pulla komandaların çempionatda iştirakını təmin edirlər" və bu tip fikirlər həqiqəti əks etdirmir.
Son 3 mövsümdə stabil olaraq Yüksək Liqada iştirak edən «Yasamal»da İrandan olan futzalçılar hər 3 mövsümdə mütəmadi olaraq heyətdə yer alıblar.
Komandaya transfer olunan futzalçılar isə hərbi xidməti başa vurublar. Maraq üçün qeyd edək ki, təzə cəlb olunan futzalçıların yaşı 28-30 arasındadı.
İranın futzalı hal-hazırda yüksəlişdə olduğundan, dünya reytinqində 6-cı sırada qərarlaşan ölkədən olan oyunçulara təlabat var. Avropa və Asiyanın bir çox futzal klublarında İrandan olan futzalçılar var (misal üçün, «Kayrat»ıın şərəfini qoruyan Hossein Tayyebi).
Azərbaycanın futzal üzrə Yüksək Liqasının digər iddialı klubların heyətində yer alan iranlı futzalçılar barədə bu tip xəbərin olmaması bizə qarşı aparılan kampaniya anlamını verir.
3 il ərzində stabil olaraq Yüksək Liqada çıxış edən və Azərbaycanda futzalın inkişafı naminə çalışan «Yasamal»ın adının yeni yaranan və özünü sübüt etməmiş klublarla bir yerdə yazılması utancvericidi».

