“Araz”ın Çempionlar Liqasındakı oyunlarının vaxtı açıqlandı

4 Sentyabr 2018 17:36 Futzal 515
“Araz”ın Çempionlar Liqasındakı oyunlarının vaxtı açıqlandı

“Araz” futzal klubunun Çempionlar Liqasının əsas mərhələsində oyunlarının vaxtı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, ölkə çempionu mübarizəyə Litvanın “Vytis” komandasına qarşı matçla start verəcək.

Bu oyun oktyabrın 3-də keçiriləcək. “Araz” ertəsi gün Malta təmsilçisi “Valletta” ilə gücünü sınayacaq. Qrupun son oyunu oktyabrın 6-da keçiriləcək. Azərbaycan komandası Sloveniyanın “Luçenec” kollektivi ilə üz-üzə gələcək.

3 oktyabr

17:30. “Araz” (Azərbaycan) – “Vytis” (Litva)

4 oktyabr

17:30. “Valletta” (Malta) – “Araz” (Azərbaycan)

6 oktyabr

20:00. “Araz” (Azərbaycan) – “Luçenec” (Slovakiya)

VIII qrupun oyunları Slovakiyada “Sportova hala Arena”da keçiriləcək. Matçların başlama saatı Bakı vaxtı ilə göstərilib və canlı yayımla əlaqədar dəyişdirilə bilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti