Sentyabrın 8-də, saat 12:00-da Bakı İdman Sarayının Mətbuat Konfransı otağında futsal üzrə Yüksək, Birinci və İkinci liqaların 2018/19-cu il mövsümünün püşkatma mərasimi keçiriləcək.
Yüksək Liqada 7 - «Araz», EKOL, «Neftçi» İK, «Yasamal» FK, «Xəzər Cənub», «Liman»və Yasamal İdman-Sağlamlıq Kompleksi mübarizə aparacaq.
Bu klublardan 3-ü – «Yasamal»FK, «Xəzər Cənub» və «Liman» iranlı menecerlər tərəfindən maliyyələşir. Belə ki, onlar ölkələrindən Azərbaycana gətirdikləri oyunçulardan aldıqları pulla komandaların çempionatda iştirakını təmin edirlər.
Həmin futzalçıların bunda məqsədi nədi?
Azərbaycan Futzal Federasiyası Arazın o tayından gələnləri burda legioner kimi qeydiyyata alacaq, həmin sənəd də İranda həqiqi hərbi xidmətdən azad olunmalarını təmin edir.
İranda futbolçulara aid qayda belədi: karyerasını 1 il ölkədən kənarda davam etdirənlər əsgərlikdən azaddı (Sportinfo.az).

