Sentyabrın 8-də, saat 12:00-da Bakı İdman Sarayının Mətbuat Konfransı otağında futsal üzrə Yüksək, Birinci və İkinci liqaların 2018/19-cu il mövsümünün püşkatma mərasimi keçiriləcək.
Yüksək Liqada 7 («Araz», EKOL, «Neftçi» İK, «Yasamal» FK, «Xəzər Cənub», «Liman», Yasamal İdman-Sağlamlıq Kompleksi), Birinci Liqada 16 (Sovetski FK, Green Log, Zəngilan FK, Standard, Metropoliten, Baku Fire, Yasamal-2, Şərq, Çinar Cəbrayıl, ADBTİA, Raiq, Baku Fans, Ulduz, U-19, AZMİU, Fizuli FK), İkinci Liqada 20 (SAB, Star klub, Rəvan FK, Hövsan, Advokat, Gənclik, Borçalı FK, Dalğa, Baku Fire-2, Bibiheybət, Obolon, Bədr FK Xocalı, Avanqard FK, Təbriz, Atletiko Baku, Baker Hughes, Gilan Construction, Baker Tilly, Hicran, Xəzər) komanda mübarizə aparacaq.
Azərbaycan Futzal Federasiyası Yüksək Liqa iştirakçılarının sayını artırmağa cəhd göstərsə də, ciddi nəticə əldə olunmayıb.
«İtaldizayn», «Marafon» və «Xəmsə» fəaliyyətini dayandırıb. Birincilərin gənclər və idman naziri Azad Rəhimova məxsus olduğu şirkət tərəfindən maliyyələşdiyini qeyd edək.
Görünür, ya «İtaldizayn»ın ya maddi vəziyyəti pisləşib, ya da nazirin futzala heç bir marağı qalmayıb.
Həmçinin ötən mövsüm qalmaqallı şəkildə Birinci Liqanın çempionu elan edilən «Hell Energy» dağılıb.
SPORTİNFO.AZ

