Azərbaycan klubunun ÇL-də bütün rəqibləri müəyyənləşdi

2 Sentyabr 2018 14:51 Futzal 559
Azərbaycan klubunun ÇL-də bütün rəqibləri müəyyənləşdi

Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz” futzal klubunun sonuncu rəqibi də müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, ilkin qrup mərhələsi çərçivəsində keçirilmiş oyunda “Veles”lə qarşılaşan və 8:5 hesabı ilə qələbə qazanan “Valletta” yekunda birinci yeri tutub və əsas mərhələyə vəsiqə qazanıb.

Beləliklə əsas mərhələdə 8-ci qrupda mübarizə aparacaq “Araz” “Luçenec” (Slovakiya), “Vytis” (Litva) və “Valletta” (Malta) ilə üz-üzə gələcək. Oyunlar oktyabrın 2-dən 7-dək Slovakiyada keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti