Sportinfo.az futzal üzrə Yüksək Liqada mübarizə aparan "Yasamal"la müqavilə bağlayan Tural Lətifovun müsahibəsini təqdim edir:
Necə oldu ki, "Yasamal"a dəvət aldız?
- 2018-ci ildən komandaya qoşulmuşdum. Zədə səbəbindən sadəcə son iki oyunda iştirak edə bildim. Bu il yenidən komanda ilə sezonun sonuna qədər müqavilə bağlamışam.
Bundan əvvəl hansı komandalarda çıxış etmisiniz?
- 2011-2014 cü illərdə Rusiyada "MFK Dinamo Tyumen","FK Stroitel","MFK Viraj" komandalarında çıxış etmişəm. Daha sonra futbol ilə bağlı olaraq futzala ara verməli oldum. 2018-ci ildən yenidən futzala qayıtdım.
Çempionata az qalıb, hazırlıqlar necə gedir?
-Deyərdim ki,bu sezona iddialı başlayacağıq. Komandamız bir neçə güclü futzalçıları sıralarına qatıb. Hələ ki tam heyət ilə hazırlaşmırıq, amma bu həftədən bütün heyətlə məşqlərimiz olacaq.
Yüksək Liqada yer alan rəqib komandalar haqqında fikirləriniz...
-"Araz"ın gücü hamıya bəllidi. Çox güclü kollektivdən ibarətdi. Yeni sezona "Neftçi İK" və "Ekol" da iddialı gəlir. Son 3-4 ildə stabil olaraq Yüksək Liqada yer alan 4 komanda var. Bildiyimə görə, liqaya 2 yeni klub da qoşulub. Əsas mübarizə "Yasamal", "Araz","Ekol","Neftçi" arasında olacaq. Hər birinə uğurlar arzulayıram (futsal.az).
Mina Musayeva

