Azərbaycanlı FİFA referisi Yusif Nurullayev yeni təyinat alıb.
Sportinfo.az xəbər verir ki, o avqustun 21-dən 23-dək Moldovanın paytaxtı Kişinyovda qadın futzalçılardan ibarət milli komandalar arasında ilk dəfə təşkil edilən UEFA Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarında fit çalacaq.
"C” qrupunda ev sahibi Moldova ilə yanaşı, Belarus və Ermənistan yığmaları da var. Referimiz avqustun 21-də Moldova – Ermənistan, avqustun 22-də isə Ermənistan – Belarus matçını idarə edəcək.

