Axundav səhvini gec də olsa, anladı - Millinin kapitanını qaytardı

1 Avqust 2018 19:48 Futzal 896
Axundav səhvini gec də olsa, anladı - Millinin kapitanını qaytardı

Bir neçə gün əvvəl "Araz"ın kapitanı Rizvan Fərzəliyevin heç bir səbəb göstərilmədən klubdan göndərilməsi barədə məlumat vermişdik.

Sportinfo.az xəbər verir ki, ondan başqa, komandanın və millinin fuzalçısı Ramiz Çovdarov da göndərilənlər sırasında idi.

Rəhbərlik bu qərarına görə, mətbuat və ictimaiyyətin haqlı qınağı ilə üzləşmişdi. Çovdarov sonra komandaya geri qaytarılsa da, Rizvan haqqında qərar yeni verilib.

O, yenidən "Araz"ın düşərgəsinə qaytarılıb. Fərzəliyev bugündən etibarən komandanın Bakıdakı təlim-məşq toplanışına qoşulub.

Aydın məsələ idi ki, Fərzəliyevin göndərilməsi Zaur Axundovun - futzal Federasiyasının prezidenti və «Araz»ın qeyri-rəsmi patronunun işi idi. Ondan icazəsiz bu addım atıla bilməzdi.

Yöndəmsiz hərəkətləri və məntiqsiz qərarlarıyla daim medianın gündəmində qalan Axundov bu məsələdə də elə hesab edirdi ki, aidığı addım düzdü. Təzyiq necə güclü oldusa, birdən-birə ayıldı və ziyanın yarısından qayıtdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti