Futzal üzrə ölkə çempionu “Araz” heyətinə yeni oyunçu cəlb edib.
Sportinfo.az Azərbaycan Futzal Federasiyasının “facebook” səhifəsinə istinadən xəbər verir ki, ötən mövsümü “İtaldizain” klubunda keçirən Elşən İbrahimxəlilov yeni çempionata “Araz”la start verəcək.
UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək Naxçıvan klubu bir futzalçını isə baxışa dəvət edib.
Rusiyanın “Sibiryak” klubunun əvəzedici komandasından Emin Mikayılov baş məşqçi Joze Alesio da Silvanın etimadını qazanmalıdır.

