Azərbaycan çempionu kapitanı yola saldı, 5 yerli qaldı

15 İyul 2018 17:27 Futzal 735
Azərbaycan çempionu kapitanı yola saldı, 5 yerli qaldı

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Araz” islahatlar həyata keçirir.

Sportinfo.az xəbər verir ki, kapitan Rizvan Fərzəliyevin komandadan göndərilib.

Naxçıvan təmsilçisi müqaviləsinin müddəti bitən daha bir yerli oyunçu ilə anlaşmanı yeniləməyə ehtiyac duymayıb. Baş məşqçi Joze Alesio da Silva Ramiz Çovdarovun da xidmətinə ehtiyac duymayıb.

Beləliklə, “Araz”da 5 yerli futzalçı qalıb: Rövşən Hüseynli, İsa Atayev, Xətai Bağırov, Oqtay Rüstəmli və Adil İsmayılov. Təbii ki, belədə heyət çatışmazlığı özünü göstərir. Ancaq klub rəhbərliyi gedənlərin yerini legionerlərlə doldurmağa üstünlük verəcək.

Transfer çalışmalarını davam etdirən “Araz” Alesionun istəyi ilə iki braziliyalı futzalçıyla anlaşıb. Söhbət Eder Rocerio Rabel Silverio və Riçard Viktor Murilo da Silvadan gedir. 28 yaşlı Eder müdafiəçi, 25 yaşlı Riçard isə hücumameyilli oyunçudu.

Hər iki meydan oyunçusu “Marreko”nun üzvüdü. Onların iyulun sonunda “Araz”a qoşulacaqları gözlənilir. Qeyd edək ki, Riçard 2017-ci ildə 13 oyunda 4 qol, 2018-ci ildə isə 10 oyunda 4 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti