U-19-un seleksiya xarakterli təlim-məşq toplanışı keçirilir

14 İyul 2018 08:48 Futzal 501
U-19-un seleksiya xarakterli təlim-məşq toplanışı keçirilir

2019-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin oyunlarında iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət yığmanın seleksiya xarakterli təlim-məşq toplanışı keçirilir.

Sportinfo.az xəbər verir ki, həftədə 3 dəfə Bakı İdman Sarayında keçirilən məşqlərə müvəqqəti olaraq Ağatahir Əzimov rəhbərlik edir.

Avropa çempionatının oyunları 2019-cu ilin əvvəllində keçiriləcək. Ehtiyac duyulacağı halda yanvarın 21-dən 26-dək ilkin mərhələnin oyunları təşkil ediləcək.

Əsas mərhələnin qarşılaşmaları isə martın 26-dan 31-dək keçiriləcək. Qalibin adı final turunda bilinəcək. Bu mərhələnin oyunları 8-14 sentyabrda keçiriləcək.

Final mərhələsinə hansı ölkənin evsahibliyi edəcəyi bilinmir. Hazırda 7 ölkə - Xorvatiya, Gürcüstan, Macarıstan, Latviya, Portuqaliya, Rusiya və Ukrayna bunun üçün UEFA-ya müraciət ediblər. Bu il sentyabrın 27-də keçiriləcək İcraiyyə Komitəsinin iclasında bu suala da cavab tapılacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti