Azərbaycan millisinin hücumçusu İspaniya klubuna keçdi

13 İyul 2018 18:12 Futzal 872
Azərbaycan millisinin hücumçusu İspaniya klubuna keçdi

Futzal üzrə Azərbaycan millisinin üzvü Oliveyra Vilyams De Nasçimento “Vassura” karyerasını İspaniyada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, hücumçu Birləşmiş Ərəb Əmirliyinin “Al Dəfra” klubu ilə müqaviləsini yeniləməyib.

33 yaşlı oyunçu Saraqosanın “Rios Renovables” komandası ilə anlaşıb. Onun təqdimat mərasimi avqustun 21-də olacaq.

Vassoura DÇ-2016 və AÇ-2018-in oyunlarında Azərbaycan yığmasının formasını geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti