Azərbaycanın ÇL-dakı təmsilçisi iki transfer reallaşdırdı

13 İyul 2018 17:24 Futzal 709
Azərbaycanın ÇL-dakı təmsilçisi iki transfer reallaşdırdı

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Araz” futzal klubu növbəti transferini həyata keçirib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Joze Alesionun istəyi ilə Eder Rogerio Rabel Silverio və Riçard Viktor Murilo da Silva heyətə cəlb olunub.

28 yaşlı Eder müdafiəçi, 25 yaşlı Riçard isə sol cinah hücumameyillidir. Hər iki oyunçu Braziliyalıdır və "Marreko” klubunun üzvləridir. Onların iyulun sonunda “Araz”a qoşulacaqları gözlənilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti