Naxçıvam klubunun Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi

6 İyul 2018 08:24 Futzal 618
Naxçıvam klubunun Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi

İsveçrənin Nyon şəhərində futzal üzrə Çempionlar Liqasının ilkin və əsas mərhələsinin püşkatma mərasimi keçirilib.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, püşkün nəticəsinə əsasən, Azərbaycanın turnirdəki təmsilçisi “Araz” əsas mərhələdə “Luçenec” (Slovakiya), E və F qruplarının qalibi ilə 8-ci qrupda mübarizə aparacaq.

Bu mərhələnin oyunları 2 - 7 oktyabrda Sloveniyada keçiriləcək. E qrupunda “Veles” (Makedoniya), “Valleta” (Malta), “Futsamba Naas” (İrlandiya) və “Kosmos Tallin” (Estoniya), F qrupunda “Hovocobo” (Hollandiya), “Reading Futsal Klub” (İngiltərə), “Vytis” (Litva), “Murata” (San Marino) komandaları qüvvəsini sınayacaq. İlkin mərhələnin oyunları avqustun 28-dən sentyabrın 2-dək keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti