Azərbaycan millisinin üzvü Fransa klubu ilə müqavilə bağladı

29 İyun 2018 11:48 Futzal 664
Azərbaycan millisinin üzvü Fransa klubu ilə müqavilə bağladı

Azərbaycan millisinin və “Araz”ın futzalçısı Eduardo Borges karyerası ilə bağlı yeni qərar qəbul edib.

Sportinfo.az xəbər verir ki, "facebook" hesabında paylaşım edən yığma üzvü qarşıdakı mövsümü Fransa çempionatında keçirəcəyini açıqlayıb.

May ayında “Araz”la müqaviləsi başa çatan müdafiəçi “Acces Futsal” ilə anlaşıb. Eduardo Borges 2013-cü ildən Azərbaycan millisinin formasını geyinir. O üç dəfə Avropa, bir dəfə isə dünya çempionatının final mərhələsində çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti