Axundov baş katibi "sındırdı": Ərizəni yaz və çıx get!"

18 İyun 2018 20:36 Futzal 1 080
Axundov baş katibi "sındırdı": Ərizəni yaz və çıx get!"

Azərbaycan Futzal Federasiyanın prezidenti Zaur Axundov sərt addım atıb.

O, qurumun baş katibi Mahmud Sadıqovu faktiki olaraq bütün işlərdən uzaqlaşdırıb və istefa ərizəsi yazmasını tələb edib.

Sadıqovu qəzəbə tuş gətirən isə rəhbərdən xəbərsiz bəzi proseslərə qarışması, I və II liqa ilə bağlı özbaşına qərarlar verməsidi.

Məsələn, birinci dəstədə çempion pley-orff mərhələsi ilə müəyyənləşməli olsa da, Sadıqovun «Hell Energy» ilə «işbirliyi» nəticəsində ikincilər vaxtından əvvəl – ilk etapdan sonra qalib elan edildi.

Bu isə adıçəkilən baş katibin artıq neçənci belə hoqqasıdı. Axundov bütün bunlara görə Sadıqovun qələmini sındırıb. Amma təkbaşına yox. AFFA ilə məsləhətləşərək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti