Azərbaycan millisinin üzvü İspaniya klubuna keçdi

3 İyun 2018 19:00 Futzal 821
Azərbaycan millisinin üzvü İspaniya klubuna keçdi

Azərbaycan milli komandasının və "Araz"ın futzalçısı Everton Kardoso karyerasını İspaniyada davam etdirəcək.

Federasiyanın mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, 31 yaşlı müdafiəçi “Levante” ilə anlaşıb.

Qallo ləqəbli oyunçu yeni klubunda 2018/2019 mövsümündə çıxış edəcək. Onun "Araz"la müqaviləsi mayda başa çatıb.

"Növbəti mövsümdə "Levante"də oynayacağam. Klubun məşqçi heyətinə mənə olan inamına görə təşəkkür edirəm", - deyə təcrübəli futzalçı bildirib.

2016-cı ilin yayında "Araz"a cəlb edilən Qallo indiyə qədər 10 rəsmi oyunda millinin formasını geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti