AFFA İntizam Komitəsi "Uğur"un 2 futzalçısını 10 oyunluq cəzalandırıb.
Sportinfo.az xəbər verir ki, bunlar Mahsen Geşani və Rza Əmonidi.
Hər iki oyunçu Azərbaycan Kubokunun final oyununda "Marafon Futsal"la qarşılaşmada etdikləri qeyri-etik hərəkətlərə görə cəzaya məruz qalıb.
Onlar sözügedən matçda hakimlər briqadasını təhqir etməklə yanaşı, hakimə və rəqib oyunçuya qarşı fiziki təzyiq göstəriblər. M.Geşani və R.Əmoni daha sonra qırmızı vərəqə alaraq meydandan qovulublar.
"Uğur" həlledici görüşdə "Marafon Futsal"a 6:9 hesabı ilə məğlub olub.

