Futzal üzrə ölkə kubokunda yarımfinal oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, günün ilk oyununda Yüksək Liqanın gümüş medalçısı “Marafon Futsal” Birinci Liqanın qalibi “Hell Energy”ni 11:0 hesabı ilə məğlub edib.
Digər oyunda isə “Uğur” “Yasamal-2”ni 15 cavabsız topla üstələyib. Beləliklə, həlledici oyunda “Marafon Futsal” və “Uğur” qarşılaşacaq.

