Futzal üzrə ölkə kubokunda 1/4 final mərhələsinin daha iki oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, günün ilk oyunu “Uğur”la elita təmsilçisi EKOL arasında baş tutub.
Məhsuldar alınan görüşdə qapılara bütövlükdə 10 qol vurulub. Sonda isə yarımfinala vəsiqəni aşağı liqa təmsilçisi bayram edib.
Günün ikinci oyunu da gərginliyi ilə yadda qalıb. “Marafon Futsal”la qarşılaşan “İtaldizain Futsal” hesabı açsa da, rəqib tezliklə qarşılıq verib. İkinci hissənin gedişində komandalar növbəti dəfə hərəyə bir qol vurub.
Əsas vaxtda qalib müəyyənləşmədiyinə görə, komandalar hər biri 5 dəqiqədən ibarət iki hissədə mübarizə aparıb. Bu dəfə qapı torunu silkələyən olmayıb və qalibi müəyyənləşdirmək üçün növbə penaltilər seriyasına çatıb.
Bu dəfə üstünlük qazanan “Marafon Futsal” yarımfinala yüksəlib. Komandanın bu mərhələdəki rəqibi “Hell Energy” olacaq.
“Uğur” – EKOL 6:4
Qollar: Ali Ebrahimi, 7:50, 39:32. Alirza Sheikhlar, 14:22, 25:20. Amin Nasrollah, 17:21. Reza Amoni, 21:36 - Zaur Fərziyev, 7:20, 23:10, 31:13. Radik Əhmədov, 39:43.
Hakimlər: Elçin Məmmədov, Yusif Nurullayev, Ramil Namazov.
“Olimpik Star”. Saat 14:00.
“Marafon Futsal” - “İtaldizain Futsal” 2:2 (penaltilər 3:2)
Qollar: Seymur Məmmədov, 10:47. Omid Talebi, 24:30 - Nihad İsmayılov, 7:25. Ağatahir Əzimov, 31:10.
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Yusif Nurullayev.
“Olimpik Star”. Saat 16:00.
1/4 final mərhələsinin son oyunu mayın 7-də keçiriləcək:
“Araz” - “Yasamal-2”
7 may. Bakı İdman Sarayı. Saat 19:00.

