Söyüş söyən milli üzvləri!

2 May 2018 14:48 Futzal 876
Söyüş söyən milli üzvləri!

AFFA İntizam Komitəsi Azərbaycan çempionu "Araz" klubunun 4 futzalçısını cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, Naxçıvan komandasının oyunçuları Yüksək Liqanın XXVI turunda "Marafon Futsal"la matçda aqressiv hərəkətləri üzündən cəzaya məruz qalıb.

Eduardo Borges 18-ci dəqiqədə kobud oyunu səbəbindən qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq disvalifikasiya olunub.

Həmçinin, Azərbaycan milli komandasının da şərəfini qoruyan Xətai Bağırov hakimi təhqir etdiyi üçün meydandan qovulub. Bağırov bu hərəkətinə görə 4 oyunluq cəzaya məruz qalıb.

İsa Atayev birbaşa qırmızı vərəqə aldığına görə 2, qapıçı Rövşən Hüseynli isə ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb. Qarşılaşma "Marafon Futsal"ın 6:4 hesablı qələbəsi ilə yekunlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti