“Baku Fire”dən 10 qol, ilk qələbə

1 Oktyabr 2023 13:35 Futzal 411
“Baku Fire”dən 10 qol, ilk qələbə

Futzal üzrə Yüksək Liqada 2-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, turun açılış matçında ötən mövsümün qızıl və gümüş medalçıları qarşılaşıb.

Hər iki komanda oyuna itkilərlə çıxıb. Qırmızı vərəqə cəzalısı olan “Neftçi”nin qapıçısı Anar Məmmədov və Reza Abgoun liderə qarşı forma geyinmirdi.

Buna görə də qapının təhlükəsizliyi gənc Zaur Sultanova həvalə olunmuşdu. “Araz-Naxçıvan”da isə Amadeu və İsa Atayev səhhəti ilə əlaqədar heyətdə yer almamışdı.

Əvəzində mövsümün əvvəlində “Araz-Naxçıvan”a qoşulan U-19-un sabiq üzvü Tofiq Hüseynov debüt etmək imkanı qazandı.

Oyunda hesab erkən açıldı. Əvvəlcə Danillo fərqləndi. Növbəti qolu isə Felipinyo vurdu. 10-cu dəqiqədə “Neftçi” ardıcıl 2 qol vurmağa yaxın olsa da, futzalçılar son anda dəqiq oynaya bilmədilər.

“Araz-Naxçıvan” ikinci hissədə də üstünlüyünü davam etdirdi və növbəti qələbəsini rəsmiləşdirdi.

Turun ikinci oyunu daha gərgin və dramatik keçdi. Görüş boyu hesabda geri olan və oyunçusu qırmızı vərəqə alan “Yasamal Bakı” son saniyələrdə vurduğu qolla qələbə qazanıb.

Bu debütantın Yüksək Liqada ilk qələbəsi oldu. Son matçda isə U-19-la iddialı “Baku Fire” üz-üzə gəldi. Təcrübəli futzalçılardan qurulan “Baku Fire” böyükhesablı qələbə qazandı.

“Neftçi” İK – “Araz-Naxçıvan” 1:6
Qollar: Mirzə Əmirov, 37:39 – Erik Danillo, 1:24; 13:16. Felipinyo, 7:56. Xətai Bağırov, 17:59. Lukas Romao, 25:52. Katatau, 38:19.
Hakimlər: Əli Cəbrayılov, Ceyhun Hüseynov, Xəlil Xəlilov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı İdman Sarayı. Saat 14:00.

“Yasamal Bakı” – “Record” 4:3
Qollar: Adil İsmayılov, 27:25; 37:22. Anar İsayev, 27:59. Rüstəm Bağırov, 39:37 – Cavad Barzegar, 2:59; 12:17. Zöhrab Quluşev, 33:26.
Hakimlər: Rza Məmmədov, Mahir Məmmədov, Kənan Məlikov.
Hakim-inspektor: Elçin Səmədli.
30 sentyabr. Bakı İdman Sarayı. Saat 16:00.

“Baku Fire” – U-19 10:1
Qollar: Nihad İsmayılov, 3:02; 17:17; 31:30. Tofiq Mikayılov, 4:26. Oktay Rüstəmli, 24:06; 31:41. Kənan Manafov, 26:09; 33:43. Tofiq Əliyev, 37:14; 38:40 – Qüdrət Qasımzadə, 1:35-pen.
Hakimlər: Ramil Namazov, Vüsal Balaşov, İmran Məhərrəmov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı İdman Sarayı. Saat 18:00.

Xəbər Lenti