“Bir, ya iki məğlubiyyət bizim üçün faciə deyil“

21 Sentyabr 01:50 Futzal 384
“Bir, ya iki məğlubiyyət bizim üçün faciə deyil“

“İlk növbədə rəqibi qələbə münasibəti ilə təbrik edirəm.

Mən daha əvvəl Azərbaycanda işləmişəm, ona görə də bu ölkə mənə əzizdir.

Matça gəldikdə, bu gün daha yaxşı oynaya bilərdik. Lakin ümumi götürdükdə oyunçularımdan narazı deyiləm”.

Sportinfo.az xəbər verir ki, bu sözləri DÇ-2024-ün Elit raundu çərçivəsində Bakıda Azərbaycan yığmasına 1:6 hesabı ilə uduzan Niderland millisinin baş məşqçisi Migel Andres deyib.

O, ardıcıl 2 yenilgiyə baxmayaraq, sona kimi mübarizə aparacaqlarını bildirib: “1, ya 2 məğlubiyyət bizim üçün faciə deyil.

Qrupda mübarizə davam edir. Bəzi oyunçular yenidirlər və onları tanımalıyam”.

Migel Andres yenidən Bakıda olduğu üçün məmnunluğunu bildirib: “

Yenidən Bakıda olmaq çox xoş oldu. Məmnunluq hiss duydum. Burada insanlardan xoş münasibət, qonaqpərvərlik gördük”.

Yenidən ölkəmizdə çalışmağa hazır olduğunu söyləyən Andres Qazaxıstan və Azərbaycan millilərini müqayisə etməkdə çətinlik çəkdiyini söyləyib:

“Bu iki komanda ilə fərqli situasiyalarda qarşılaşmışıq. Biz Qazaxıstana qarşı evdə oynamışdıq.

Həmin matçda komandamız daha istəkli idi. Lakin bu gün səfərdə çıxış eidrdik.

Tam istədiyimiz kimi hazırlaşa bilmədik. Üstəlik, uzaq səfər də bir qədər yorğunluğa səbəb oldu”.

Digər Xəbərlər
Xəbər Lenti
29 Noyabr 21:40 Baş məşqçi ayrılığı
29 Noyabr 16:50 Çək və bizə göndər!
29 Noyabr 02:40 AFFA rəsmisi İsveçrədə