Azərbaycan millisinin oyunçuları Belçika klubunda

21 İyul 2022 21:20 Futzal 1 251
Azərbaycan millisinin oyunçuları Belçika klubunda

Futzal üzrə Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın üzvləri Xətai Bağırov ilə İsa Atayev karyerasını ölkə xaricində davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, hər iki oyunçu əvvəlcə ölkə çempionu ilə yola davam etmək qərarı versələr də, Belçikadan gələn təklif fikirlərini dəyişib.

Nəticədə onlar Belçika çempionatında çıxış edən “Futsal Beşiktaş Gent”lə anlaşıblar. Müqavilələrin müddəti 1+1 il müddətinə nəzərdə tutulub.

“Futsal Beşiktaş Gent” klubunu 2015-ci ildə Belçikada yaşayan türkiyəli iş adamları yaradıb. Komanda Belçikanın Birinci Liqasında mübarizə aparır.

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz-Naxçıvan” bunadək Rövşən Hüseynli, Xəzər Ağalızadə, Cavad Məmmədov, eləcə də braziliyalı Mateus Katatau, Varqas Amenqual Andreu, Vitao və Viktor Uqo Piresa ilə müqavilə imzalayıb. Əvəzində karyerasını başa vuran Rizvan Fərzəliyev, eləcə də müqaviləsi başa çatan Murilo Borges, Dmitri Bondarev və Maneka komandadan ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 18:40 "İstədiyimi ala bildim"
1 Oktyabr 18:35 Adamda üzə bax hələ!
1 Oktyabr 07:30 Xankəndiyə gedəcəklər