“Biz onları, onlar da bizi yaxşı tanıyır – Zəif deyillər”

9 İyul 2022 20:40 Futzal 772
“Biz onları, onlar da bizi yaxşı tanıyır – Zəif deyillər”

İyulun 7-də həm DÇ-2024-un Avropa zonası üzrə əsas, həm də UEFA Çempionlar Liqasının 2022-23-cü il mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki,millimiz 6-cı qrupda Yunanıstan və Polşa ilə üz-üzə gələcək.

“Araz-Naxçıvan” isə “Mostar”, eləcə də D və F qrupunun qalibi ilə münasibətlərinə aydınlıq gətirəcək.

Püşklə bağlı həm millinin, həm də “Araz-Naxçıvan”ın üzvü İsa Atayev Azərbaycan Futzal Federasiyasının saytına açıqlama verib.

Hücumçu əvvəlcə millinin rəqiblərini dəyərləndirib:

“Əvvəlcə hər kəsi Qurban bayramı münasibəti ilə təbrik edirəm. Allah kəsilən qurbanları, edilən duaları qəbul eləsin.

Millinin yer aldığı qrupdakı rəqiblərimizə gəldikdə, Yunanıstanı daha yaxşı tanıyırıq. Çünki bu komanda ilə ötən il iki dəfə üz-üzə gəlmişik.

İlk matçda iştirak etməsəm də, Bakıdakı dueldə meydana çıxmışdım. Hətta bir qol da vurdum. Yəni onları yaxşı tanıyırıq.

Əlbəttə, rəqibimiz də bizi yaxşı tanıyır. İki il əvvəl isə Yunanıstanın AEK klubu ilə üz-üzə gəlmişdik. Polşaya qarşı isə oynamamışam.

Daha doğrusu, son illərdə onlarla yolumuz kəsişməyib. Amma inkişafa olduqları aydındır. Çünki bu komanda son 2 Avropa çempionatının final mərhələsində iştirak edib.

Deməli, zəif deyillər. Məncə, qrupu birinci pillədə başa vurmaq şansımızın 100-ün 80-nədir”.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı