Azərbaycan çempionu 5 brazliyalı gətirir – ADLAR MASADA

9 İyul 2022 15:00 Futzal 1 314
Azərbaycan çempionu 5 brazliyalı gətirir – ADLAR MASADA

Bilindiyi kimi, futzal üzrə "Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasındakı rəqibləri dəqiqləşib.

Mübarizəyə əsas mərhələdən start verəcək Joze Alesionun komandası B yolunda yarışacaq.

Azərbaycan çempionu burada 5-ci qrupda yer alacaq.

Rəqiblər “Mostar” (Bosniya və Herseqovina), həmçinin ilkin mərhələnin D qrupunun (İsveçrə “Mineva”sı, Serbiya “Loznika-Qrad 2018”i, Norveç “Vesteralen”i, San-Marino “Folqore”si) və F qrupunun (Gürcüstan “Georgians”ı, Almaniya “Ştutqart”ı, İsveç “Orebro”su, Türkiyə “İstanbul Şişli”si) qalibləri olacaq.

Qrupun matçları Bosniya və Herseqovinada oynanılacaq. Əsas mərhələnin görüşləri 25-30 oktyabr tarixlərində keçiriləcək.

B yolunda yalnız qrup qalibləri elit-raunda vəsiqə qazanacaq. "Araz-Naxçıvan" rəhbərliyi baş məşqçidən məhz qrup qalibi olmağı tələb edib.

Braziliyalı mütəxəssis qarşısına qoyulan bu vəzifəni yerinə yetirmək üçün öz şərtini irəli sürüb. Buna əsasən, komandaya 5 yeni legioner cəlb olunmalıdır.

Alesionun xidmətinə ehtiyac duyduğu oyunçuların hamısı öz həmyerliləridir və onların adlarını təqdim edib.

SPORTİNFO.AZ

Xəbər Lenti