"Yeni mövsümdə fərqli, daha güclü komanda görəcəksiz"

8 İyul 2022 14:20 Futzal 995
"Yeni mövsümdə fərqli, daha güclü komanda görəcəksiz"

“Açığı, indi istirahətdə olduğumuza görə, kimlərlə müqavilə imzalandığını, heyətə kimlərin cəlb edildiyini dəqiq bilmirəm. Amma rəhbrəliyin komandanı gücləndirmək istədiyini və hədəflərin böyüdüyünü eşitmişəm”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın futzalçısı David Qustavo UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatması barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Braziliyalı oyunçu bildirib ki, Avropanın ən nüfuzlu klub turnirində zəif rəqib ola bilməz:

“Çünki orada ölkələrin çempionu yarışır. İşimiz asan olmayacaq, əksinə, çətin olacağını qeyd etməliyəm. Bizi gərgin mübarizə gözləyir və qarşıya qoyulan tapşırığa çatmaq üçün sona qədər döyüşəcəyik.

Rəqiblərimizin bizim yeni oyunçulardan xəbərsiz olduqlarına inanıram. Məncə, yeni mövsümdə fərqli, daha güclü “Araz-Naxçıvan” görəcəksiz. Bütün işlər, dəyişikliklər məqsədə nail olmaq üçün edilir”.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM