"Qarşıya məqsəd qoyulub: elit-raunda yüksəlməliyik"

8 İyul 2022 00:30 Futzal 733
"Qarşıya məqsəd qoyulub: elit-raunda yüksəlməliyik"

"Çətindir, indi komandaların hamısı güclənib, iddiaları artıb".

Sportinfo.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva 2024-cü il dünya çempionatının seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

Braziliyalı mütəxəssis Yunanıstan yığması ilə Avropa çempionatının son seçmə raundunda iki dəfə üz-üzə gəldiklərini xatırladıb:

"Eləcə də, “Araz-Naxçıvan” 2 il əvvəl Yunanıstan klubuna qarşı oynamışdı. Klub səviyyəsində duelimiz uğursuz alındı, milli ilə iki görüşdə qələbə qazanıq.

Onlar bizim oyun üslubumuzu, futzalçılarımızın gücünü, potensialını bilirlər. Əlbəttə, biz də bu komanda haqqında məlumatlıyıq.

Baş məşqçi Giannis Ziavas uzun müddətdir ki, bu vəzifəni icra edir. O, həm də AEK klubuna başçılıq edir. Bu komanda millinin özəyini təşkil edir".

Alesio digər rəqib olan Polşa seçməsi haqqında isə bunları söyləyib:

"Fikrimcə, Avropada sürətlə inkişaf edən millilərdəndir. Onların əksər oyunçuları başqa ölkələrin çempionatlarında çıxış edir.

Heyətləri təcrübəli və gənc futzalçıların sintezindən qurulub. Kifayət qədər güclü rəqibdir.

Onların sonuncu Avropa çempionatının final mərhələsində iştirak etməsi də bunun göstəricisidir.

Əlbəttə, Azərbaycan millisi də qitənin ən güclü, rəqibləri üçün çətin komandalandan biridir. Yaxşı hazırlıq keçəcəyik. Qarşıya məqsəd qoyulub: elit-raunda yüksəlməliyik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA