"Klubda qalıb-qalmayacağımla bağlı danışıqlar gedir"

11 May 2022 23:20 Futzal 650
"Klubda qalıb-qalmayacağımla bağlı danışıqlar gedir"

"Burada özümü xoşbəxt hiss edirəm. Klubda qalıb-qalmayacağımla bağlı danışıqlar gedir".

Sportinfo.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan Yüksək Liqasının qalibi olan "Araz Naxçıvan"ın oyunçusu Maneka federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Braziliyalı hücumçu yaxın günlərdə karyerası ilə bağlı qərarını açıqlayacağını bildirib:

"Burada debüt ilim idi. “Araz-Naxçıvan”a UEFA Çempionlar Liqasının ilkin mərhələsinin oyunları ərəfəsində qoşuldum.

Elə ilk qollarımı da Latviyada təşkil olunan qrup görüşlərinda vurdum. Çempionat isə maraqlı alındı. Mövsümə çətin matçlarla başladıq.

Amma tədricən ağırlığımızı hiss etdirməyə, zirvəyə yüksəlməyə nail olduq. Əlbəttə, qarşıya konkret məqsəd qoyulmuşdu.

Komanda çempion olmalı idi. Bu yolda hər kəs üzərinə düşəni etməli idi".

Xəbər Lenti