”Bura gələndə tam başqa təklif, tam başqa planlar var idi”

8 May 2022 14:40 Futzal 979
”Bura gələndə tam başqa təklif, tam başqa planlar var idi”

”Bura gələndə tam başqa təklif, tam başqa planlar var idi”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında futzal üzrə milimizin qapıçısı Rövşən Hüseynli deyib.

Nijni-Novqorod ”Torpedo”su ilə bağladığı 2 aylıq müqavilənin sonuna gələn kiper Rusiya klubunda az şans qazanmasından gileylənib:

”Şükürlər olsun, peşəkar karyeramda indiyə qədər bu qədər müddətdə oyunlardan kənarda qalmamışdım.

Gəldiyim gündən matçlarda iştirak edə bilsəydim, komandaya daha tez uyğunlaşaq, daha çox xeyir verə bilərdim. Təəssüf ki, bəzən hər şey heç də planlaşdırdığımız kimi olmur”.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!